9 ay ərzində ümumilikdə 542.7 km yol tikilib, yenidən qurulub və təmir olunub - HESABAT

25 Oktyabr 2016- 00:00
11 9 ay ərzində ümumilikdə 542.7 km yol tikilib, yenidən qurulub və təmir olunub - HESABAT

          “Azəravtoyol” ASC tərəfindən 2016-cı ilin 9 ayı ərzində uzunluğu 542,7 km olan ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur.

 

  • Respublika əhəmiyyətli -     299,0 km;
  • Yerli əhəmiyyətli -                 180,5 km;
  • Bakı şəhər yolları -               63,2  km.

 

          Bu dövr ərzində Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası olaraq Muğanlı-Yevlax-115 km, Qaraməryəm-İsmayıllı-29 km, Qobustan rayonunda Təklə-Sündü-Xilmilli-17 km, Yardımlı rayonunda Yardımlı-Deman-Arvana-46 km, Qəbələ rayonunda Nohurqışlaq-Tüntül-Yengicə-12,2 km, Biləsuvar rayonunda Əsgərabad-Muğan-Çaylı-6 km, Qusar rayonunda Qusar-İmamqulukənd-Quxuroba-24,7 km, Xaçmaz rayonunda Xudat-Yalama-Zuxuloba – 24,8 km, Qazax rayonunun Qazax-Kosalar-8 km, Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun 23,4 km hissəsi, Salyanın Babazanan yaşayış massivini şəhər mərkəzi ilə birləşdirən Kür çayı üzərində uzunluğu 201 metr olan yeni körpü, Bakı-Ələt-Qazax-Gürcüstan ilə  dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsi-87,8 km, Bakı şəhərində Maştağa-Bilgəh-9,0 km, Nardaran qəsəbəsi daxilində Abşeron və Nəsrulla Əsgərov küçələri-3,4 km, Nizami rayonunda Mikayıl Əliyev küçəsi-2,8 kmQara Qarayev prospekti-4,0 km tikilmiş və yenidən qurulmuşdur.

 

          Respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 12 yeni avtomobil körpüsü tikilmiş, 5 ədədi təmir edilmişdir. Bakı-Şamaxı yolunun Cəngi qəsəbəsindən keçən hissəsində 1 ədəd piyada keçidi tikilmiş, Bakı şəhərində isə 1 ədəd piyada keçidi təmir edilmişdir.

 

          Bakı şəhərində ümumi uzunluğu 63,2 kilometr 30-dan çox avtomobil yolu, prospekt və küçə yenidən qurulmuş və  təmir olunmuşdur.  Bunlardan Binəqədi rayonu ərazisindəki Azadlıq prospektinin yenidən qurulması, Cəfər Xəndan və Musabəyov, Cəmşid Naxçıvanski küçəsinin təmiri, Nizami rayonunda Rüstəm Rüstəmov, Bəkir Çobanzadə, Nəsimi, Naxçıvani küçələri, Yasamal rayonunda Əhməd Cəmil, Xiyabani, Xətai rayonunda İlqar Zülfüqarov, Sadıqcan, Nərimanov rayonunda Arif Heydərov, Vladimir Mayakovski, Ə.Orucəliyev, Nəsimi  rayonunda Hüseynbala Əliyev, Xəzər rayonunun Zirə qəsəbəsində Ağamalıoğlu, E.Babayev, Sərdarov, Mərdəkan qəsəbəsində Sergey Yesenin, Sabunçu rayonunda Savalan qəsəbəsində Mərkəzi küçə, Pirşağı bağları avtomobil yolu, Suraxanı rayonunun Əmircan qəsəbəsində Səttar Bəhlulzadə, Hövsan qəsəbəsində Bağça, Qaradağ rayonunun Sahil qəsəbəsində Zahid Qasımov, Emin Quliyev, Rövşən Rzayev, Lökbatan qəsəbəsində İntiqam Nəbiyev və 28 May, Səbail rayonunun Badamdar qəsəbəsində Ə.Nəzərov və s. küçələrin təmirini misal göstərmək olar.

 

          Bundan əlavə, Bakı şəhərinin bütün inzibati rayonları ərazisində 247,2 min m sahədə cari təmir işləri yerinə yetirilmişdir.

 

          Bu dövr ərzində ümumilikdə 708 min ton asfalt-beton istehsal edilmiş, 40,4 min ton bitum və 3,5 min ton mazut istifadə edilmişdir.

 

          Asfalt-beton qarışıqlarının keyfiyyətini yüksəltmək məqsədilə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının tövsiyyəsini nəzərə alaraq 62,2 ton bituma adgeziya qatqısı və İtaliya Respublikasından xüsusi polimer alınaraq əsasən asfalt-beton örtüyünün üst-aşınma layının tikintisində  istifadə edilmişdir.

 

          2016-cı ilin 9 ayı ərzində möhtərəm Azərbaycan Prezidenti İlham Əliyev 14 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak etmiş, tövsiyyə və tapşırıqlarını vermişdir.