Az    |     En
      

 

          Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 avqust tarixli  2277 nömrəli Sərəncamına əsasən 6 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qazax rayonunun Qazax-Kosalar avtomobil yolunun tikintisi işləri yüksək keyfiyyətlə yerinə yetirilmişdir.

 

 

                                                                   

      Yolun əsas göstəriciləri:

- Yolun uzunluğu  - 10 km;

- Yol IV  texniki dərəcəlıdir;

- Torpaq yatağının eni    - 10 m;

- Hərəkət hissəsinin eni   - 6 m (2x3,0 m);

- Çiyinlərin eni    - 2x2,0 m-dir;

- Hərəkət zolaqlarının sayı – 2;

                       

Yerinə yetirilmiş iş həcmləri:

- Əsasın alt layının 26 sm qalınlığında çınqıl materialından tikintisi –  25,8 min m3;

- Əsasın üst layının 16 sm qalınlığında optimal qum-çınqıl qarışığından tikintisi –  15,9  min m3;

- Asfalt-beton   örtük,   iki  laydan ibarət  qalınlığı (7+5 sm) 12 sm – 48,0 min m2;

- Asfalt-beton qarışığı sərf edilmişdir – 14,1 min ton;
- Yol üzərində müxtəlif diametrli 30 ədəd suötürücü borular tikilmişdir ki, onların dauzunluğu 460 metr təşkil edir;

- Avtobus dayanacaqları  tikilmişdir– 1 ədəd;

- Yol nişanları quraşdırılmışdır - 42 ədəd;

- Yol cizgi  və  göstərici xətləri çəkilmişdir –  4,1 min m2;

 

       Yolun yenidən qurulması kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. Bundan başqa Qazax rayonunun 2 yaşayış məntəqəsinin 6 min nəfərə yaxın əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq,  həmçinin insanların öz məhsullarını rahat şəkildə rayon mərkəzlərinə daşıması imkanı yaranacaqdır.

 

        Qazax-Kosalar avtomobil yolunun  tikintisini “Azəravtoyol” ASC-nin  “28 № - li Yol İstismarı”  MMC   yerinə yetirmişdir.

19.10.2016

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin