Qəza zamanı yol təsərrüfatına ziyan dəyib

9 Sentyabr 2016- 00:00
11 Qəza zamanı yol təsərrüfatına ziyan dəyib

         

          Dünən gecə saatlarında Neftçilər prospektində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş avtomobil qəzası baş verib.

 


          Belə ki,  “Range Rover Vogue” markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili aşırdıb, nəticədə avtonəqliyyat vasitəsi piyada keçidinə düşüb.

 

          Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 8000 manat ziyan dəyib.  Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib