Nəsimi və Həsən Məcidov küçələrinin bir hissəsi təmir edildi – VİDEO / FOTO

7 Sentyabr 2016- 00:00
11 Nəsimi və Həsən Məcidov küçələrinin bir hissəsi təmir edildi – VİDEO / FOTO

               

                Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində Yasamal rayonu Həsən Məcidov və Nizami rayonu Nəsimi küçələrinin bir hissəsi təmir edilib.

 

                Nizami rayonu Nəsimi küçəsinin təqribən 600 metrlik hissəsi, daha dəqiqi Qara Qarayev prospekti ilə kəsişmədən Məmmədəli Şərifli küçəsi ilə kəsişməyədək olan hissəsində təmir işləri aparılıb. Küçəni eni ortalama 13 metrdir.

 

                Təmir işləri çərçivəsində yolun 7850 m2 ərazidə köhnə asfalt-beton örtüyü tam olaraq yenilənib, mövcud səkilər bərpa olunaraq asfaltlanıb, kənarlarına 1135 paqon-metr yeni səki daşı düzülüb, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenisi ilə əvəz olunub. Bundan başqa zəruri olan yerlərdə yol nişanları qoyulub, piyada zolaqları çəkilib və yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılıb.

 

                Anoloji işlər Yasamal rayonu Həsən Məcidov küçəsində də aparılıb. Sözügedən küçənin Həsənbəy Zərdabi və Zahid Xəlilov küçələri arasında yerləşən təqribən 200 metrlik hissəsi təmir olunub. Sözügedən küçənin 5 min m2 sahəsinə yeni asfalt-beton örtüyü döşənib.

 

                Qeyd edək ki, Həsən Məcidov küçəsinin eni 25 metr təşkil edir.