Az    |     Ru    |     En
      

         Təmir-tikinti işləri ilə əlaqədar olaraq Moskva prospektində avtomobil tunelindən çıxdıqdan sonra “20 Yanvar dairəsi” istiqamətinə keçid yol hissəsi müvəqqəti olaraq bağlanıb. Sürücülər sözügedən prospektin avtomobil tunelinə çatmamış “Şamaxinka” deyilən əraziyə daxil olaraq “20 Yanvar dairəsi” istiqamətinə hərəkət edə bilərlər.

 

         “Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

02.09.2016

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin