Yerüstü piyada keçidləri təmir edildi – FOTOLAR

1 Sentyabr 2016- 00:00
11 Yerüstü piyada keçidləri təmir edildi – FOTOLAR

                Ziya Bünyadov prospektində yerləşən yerüstü piyada keçidləri təmir edilib.

 

                Təmir işləri vətəndaşların müraciəti əsasında aparılıb.

 

                Ətrafda yaşayan sakinlərin və mütamadi olaraq yerüstü piyada keçidlərindən istifadə edən vətəndaşların pilləkan hissələrdə yeni tutacaqların quraşdırılması ilə bağlı “Azəravtoyol” ASC-ə müraciəti əsasında sözügedən keçidlərdə yeni tutacaqlar quraşdırılıb.

 

                Bundan başqa təmir işləri zamanı bəzi məsuliyyətsiz insanlar tərəfindən yerüstü piyada keçidlərinin tavanında yumruqla vurularaq dağıdılan xüsusi plastik üzlüklər də yeniləri ilə əvəzlənib.

 

                “Azəravtoyol” ASC vətəndaşlardan keçidlərdən istifadə edərkən nizam-intizamlı olmalarını və dövlət əmlakına zərər vurmamağı xahiş edir. Bu cür halların yenidən təkrarlanacağı təqdirdə həmin şəxslər barəsində qanunvericilik çərçivəsində ölçü götürüləcək.