Qəza zamanı yol təsərrüfatına ziyan dəyib - FOTOLAR

12 Avqust 2016- 00:00
11 Qəza zamanı yol təsərrüfatına ziyan dəyib - FOTOLAR

            Bu gün Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 112-ci km-də, Hacıqabul rayonu ərazisində yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

 

            Belə ki, “Dongfeng” markalı yük maşının sürücüsü naməlum səbəblərdən idarəetməni itirərək maşını yol ayrıcında olan əyri-xətli dəmir tirlərə çırpıb. Nəticədə 56 paqon-metr uzunluğunda dəmir tir sıradan çıxıb.

 

            Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 3600 manat ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib