Neftçilər prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır!

4 Avqust 2016- 00:00
11 Neftçilər prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır!

           Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin ( zolaqların ) yenidən rənglənməsi işləri davam etdirilir.

 

           Bu çərçivədə axşam saat 22:00-dan etibarən səhər saatlarına qədər,  Neftçilər prospektinin,  Azneft  dairəsindən   Bakı Dəniz Vağzalının qarşısına qədər olan hissəsində  yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq . Bununla əlaqədar olaraq sözügedən  prospektdə  avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

           

           Baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyyə edirik.