Qara Qarayev prospektində sürücülər diqqətli olsunlar!

26 İyul 2016- 00:00
11 Qara Qarayev prospektində sürücülər diqqətli olsunlar!

          Sabah səhər saatlarından etibarən Qara Qarayev prospektinin Rüstəm Rüstəmov (Neftçilər metrosu) və Bəhruz Nuriyev (“Laçın” ticarət mərkəzi) küçələri arasında yerləşən hissəsində qısa müddətlik təmir işlərindən sonra avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunur.

       

         Qeyd edək ki, sözügedən hissədə xırda təmir işləri davam etdiriləcək. Ancaq bu işlər avtonəqliyyat vasitələrinin hərəkətinə hər-hansı bir ciddi maneə yaratmayacaq.

 

           "Azəravtoyol" ASC sürücülərdən təmir işlərinin davam etməsi ilə əlaqədar olaraq həm orda çalışan yol işçilərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi baxımından diqqətli olmalarını və sözügedən ərazidə qoyulan müvəqqəti yol nişanlarına əməl etmələrini xahiş edir.