Yardımlı rayonunda iki kəndə gedən avtomobil yolu təmir olunub - VİDEO / FOTO

25 İyul 2016- 00:00
11 Yardımlı rayonunda iki kəndə gedən avtomobil yolu təmir olunub - VİDEO / FOTO

         

          “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Yardımlı rayonunda iki kəndin yolu təmir olunub.

 

          Təmir-tikinti işləri 1.1 km uzunluğunda olan Çay üzü və 2.3 km-lik Perimbel kəndlərinə gedən avtomobil yollarında aparılıb.

 

          Hər iki kəndə aparan yollar 46 km uzunluğunda olan yerli əhəmiyyətli Yardımlı-Deman-Avana avtomobil yolundan ayrılır. Çay üzü kəndinə gedən yol sözügedən avtomobil yolunun 4.2-ci km-dən, Perimbel yolu isə 10-cu km-dən ayrılır.

 

          İşlər çərçivəsində Çay üzü kəndinə gedən avtomobil yoluna 9 metr enində 9900 m2 sahəyə çınqıl əsası tökülüb, kipləşdirilib. Daha sonra sözügedən yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə yolun 6600 m2 sahəsi 6 metr enində asfaltlanıb. Bundan başqa hər bir istiqamət üzrə 1.5 metr enində olan çiyinlər qum-çınqıl qarışığından yenidən düzəldilib. Bu işlər 3300 m2 sahəni əhatə edib.

 

          Anoloji işlər Perimbel kəndinə gedən yolda da aparılıb. Belə ki, yolun 16100 m2 sahəsinə 7 metr enində çınqıl əsası tökülərək, kipləşdirilib və asfaltlanma işləri aparılıb. Yolun 10350 m2 sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənib. Hər iki istiqamət üzrə 6900 m2 sahədə 1.5 metr enində çiyinlərin yenidən düzəldilməsi işləri də aparılıb.

 

          Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.