Yardımlıda yeni körpü istifadəyə verilib - VİDEO / FOTO

15 İyul 2016- 00:00
11 Yardımlıda yeni körpü istifadəyə verilib - VİDEO / FOTO

           

             Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən “Azəravtoyol” ASC tərəfindən Yardımlı rayonunda yeni körpü inşa edilib.

 

            Sözügedən avtomobil körpüsü Separadi-Teşkan avtomobil yolunun 3-cü km-də Viləş çayı üzərində inşa edilərək vətəndaşların istifadəsinə verilib.

 

            Körpünün istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə “Azəravtoyol” ASC-nin rəhbər şəxsləri, rayon rəsmiləri və kənd sakinləri iştirak ediblər.

 

            “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində tikilmiş körpünün uzunluğu 12 metr, eni 4 metrdir. Körpünün istifadəyə verilməsi böyük sevinclə qarşılanıb. Çünki uzun müddət bu ərazidə körpü qəzalı vəziyyətdə olması insanların gediş-gəlişində xeyli çətinliklər yaradırdı.

 

            Bunu nəzərə alaraq “Azəravtoyol” ASC tərəfindən sözügedən körpünün bərpası işlərinə başlanıldı. Cəmiyyətin rəhbərliyinin birbaşa nəzarəti altında körpü qısa müddət ərzində yüksək keyfiyyətlə bərpa edilərək vətəndaşların istifadəsinə verildi.  

 

            Qeyd edək ki, son aylar ərzində Separadi-Teşkan avtomobil yolundan başqa Lerik rayonu ərazisində Təbrizli kəndinə giriş avtomobil yolunun 1-ci km-də Lənkəran çayı üzərində, Astara rayonu ərazisində Siyakü – Şəmətük avtomobil yolunun 7-ci km-də Veravul çayı üzərində, Lənkəran rayonunda Mollaoba avtomobil yolunun 2-ci kilometrində Veravul çayı üzərində də yeni avtomobil körpüləri inşa edilərək vətəndaşların istifadəsinə verilib.