Daha bir küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verildi - VİDEO / FOTO

14 İyul 2016- 00:00
11 Daha bir küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verildi - VİDEO / FOTO

         

          Bakı şəhərində avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə “Azəravtoyol” ASC kompleks tədbirlər həyata keçirir.

 

          Bu çərçivədə daha bir küçə təmir edilərək vətəndaşların istifadəsinə verilib. Söhbət Nəsimi rayonu Süleyman Rüstəm küçəsinin Koveroçkin (ABŞ səfirliyinin arxası) və Füzuli küçələri arasında yerləşən hissəsindən gedir.

 

          Təmir-bərpa işlərinin aparıldığı hissənin uzunluğu 950 metr, eni isə 9 metrdir. Aparılmış işlər zamanı küçənin köhnə asfalt-beton örtüyünün dağılmış və qabarmış hissələri frezlənərək, ərazidən daşınıb. Bunun əvəzinə 9 min m2 sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Zəruri olan yerlərdə piyada səkiləri bərpa oluanaraq asfaltlanıb, kənarlarına 1800 paqon-metr yeni səki daşı düzülüb.

 

          Aparılan təmir-tikinti işləri zamanı mövcud yeraltı komunikasiya xətləri yenilənib, ehtiyyac olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenisi ilə əvəzlənib, həmçinin yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınaraq yağış barmaqlıqları dəyişdirilib.

 

          Avtonəqliyyat vasitələrinin və piyadaların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə küçə boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, piyada zolaqları salınıb, üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılıb.

 

          Yolun müasir görkəm alması üçün bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət edilməklə aparılıb.