Qara Qarayev prospektinin daha bir hissəsində hərəkət məhdudlaşdırılır!

4 İyul 2016- 00:00
11 Qara Qarayev prospektinin daha bir hissəsində hərəkət məhdudlaşdırılır!

          Nizami rayonu Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar iyulun 4-dən 5-nəkeçən gecə prospektin Şirin Mirzəyev küçəsindən(metronun Qara Qarayev stansiyası) Rüstəm Rüstəmov küçəsinə qədər (metronun Neftçilərstansiyası) olan hissədə təmirdən sonra avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunacaq.

          Əks istiqamətdə, yəni Rüstəm Rüstəmov küçəsindən Şirin Mirzəyev küçəsinə qədər olan hissədə isə təmir işləri ilə əlaqədar qısa müddətlik hərəkətə məhdudiyyət tətbiq olunacaq.

 

          Sürücülərdən təmir işləri aparılan müddət ərzində altyernativ olaraq Rüstəm Rüstəmov, Bəkir Çobanzadə və Mikayıl Əliyev küçələrindən istifadə etmələri tövsiyyə olunur.