Qara Qarayev prospektinin bir hissəsi açılır, digər hissəsi isə bağlanır

4 İyul 2016- 00:00
11 Qara Qarayev prospektinin bir hissəsi açılır, digər hissəsi isə bağlanır

          Nizami rayonu Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar iyulun 4-dən 5-nə keçən gecə prospektin Şirin Mirzəyev küçəsindən (metronun Qara Qarayev stansiyası) Rüstəm Rüstəmov küçəsinə qədər (metronun Neftçilər stansiyası) olan hissədə təmirdən sonra  avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunacaq.

          Əks istiqamətdə, yəni Rüstəm Rüstəmov küçəsindən Şirin Mirzəyev küçəsinə qədər olan hissədə isə təmir işləri ilə əlaqədar qısa müddətlik hərəkətə məhdudiyyət tətbiq olunacaq.

 

          Sürücülərdən təmir işləri aparılan müddət ərzində altyernativ olaraq Rüstəm Rüstəmov, Bəkir Çobanzadə və Mikayıl Əliyev küçələrindən istifadə etmələri tövsiyyə olunur.