Diqqət! R.Rüstəmov küçəsində hərəkət məhdudlaşdırılır

3 İyun 2016- 00:00
11 Diqqət! R.Rüstəmov küçəsində hərəkət məhdudlaşdırılır

          Təmir işləri ilə əlaqədar olaraq Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin Bəkir Çobanzadə küçəsi ilə kəsişməsindən Qara Qarayev prospektinə qədər olan hissəsi ( Dakar meydanı ) iyun ayının 4-ü səhər saatlarından hərəkətə tam olaraq bağlanacaq.

 

          Əks istiqamətdə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru olan hissədə isə hərəkətə hər-hansı bir məhdudiyyət tətbiq edilmir.

 

          Yarana biləcək müvəqqəti narahatlığa görə, “Azəravtoyol” ASC vətəndaşlardan üzr istəyir və sürücülərdən alternativ yollardan istifadə etməklərini tövsiyyə edir.