Bu gün iki küçədə hərəkət qismən məhdudlaşdırılır

2 İyun 2016- 00:00
11 Bu gün iki küçədə hərəkət qismən məhdudlaşdırılır

          Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin ( zolaqların ) yenidən rənglənməsi işləri davam etdirilir.

 

          Bu gün saat 11:00-dan etibarən Nərimanov rayonu Əliyar Əliyev, axşam saat 23:00-dan isə Ağa Nemətulla küçələrində rənglənmə işləri aparılacaq. Bir-neçə saat ərzində davam edəcək işlər zamanı sözügedən küçələrdə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq ( küçələr bağlanmır! ).

 

          Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və sözügedən küçələrdə sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.