Basqal-Sulut yolunda 5 km-lik alternativ yol çəkilir - FOTO

1 İyun 2016- 00:00
11 Basqal-Sulut yolunda 5 km-lik alternativ yol çəkilir - FOTO

            İsmayıllı rayonu Basqal-Sulut yolunda baş vermiş sürüşmə ərazisinə alternativ yolun çəkilişi işlərinə başlanılıb.

 

           Yeni yol hissəsi 5 km-lik ərazini əhatə edəcək və sürüşmə zonasından kənar keçəcək.

 

            İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

 

            Qeyd edək ki, bu gün Basqal-Sulut yolunun 10-cu kilometrliyində qeydə alınmış sürüşmə nəticəsində yolun təqribən 100-150 metrlik hissəsi çöküb. Sürüşmə yolun keçdiyi dağ yamacında böyük bir ərazini əhatə edir.

 

            Uzunluğu 13 km, eni isə təqribən 4-5 metr olan Basqal-Sulut yolu çınqıl örtüklüdür.