Az    |     En
      

           

            Vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədi ilə Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin bir hissəsi təmir edilərək sürücülərin ixtiyarına verilib.

 

            Təmir olunan hissə Mikayıl Əliyev və Bəkir Çobanzadə küçələrinin kəsişmələrində yerləşir.

 

            Həmin hissənin uzunluğu təqribən 1 km-dir ( 500m x 2 ). Ayrıca olaraq gediş və gəliş hissələrindən ibarət və 6 hərəkət zolaqlı ( 3 x 2 ) olmaqla küçənin hərəkət hissəsinin ümumi eni 24 metrdir.

 

            Təmir işləri çərçivəsində sözügedən hissədə 2 min paqon-metrə yaxın səki daşı yenisi ilə əvəzlənib, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ümumilikdə 20 min m2 ərazi 2 qat olmaqla asfaltlanıb. Bundan başqa yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni baxış qapaqları qoyulub. 

 

            Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb və yolun hərəkət hissəsinə yol cizgi, yol göstərici xətlərin çəkilişi işləri də aparılıb.

 

            Hazırda küçənin digər hissələrində təmir-tikinti işləri davam etdirilir.

 

            Qeyd edək ki, küçənin ümumi uzunluğu 3.7 kilometrdir ( 1.85 km. x 2 ).

23.05.2016

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin