Xocəsən avtomobil yolunda təmir-bərpa işləri aparılır – VİDEO / FOTO

18 May 2016- 00:00
11 Xocəsən avtomobil yolunda təmir-bərpa işləri aparılır – VİDEO / FOTO

             

            “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti yağıntılar və intensiv hərəkət nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirir.

 

            Bu çərçivədə Xocəsən avtomobil yolunda cari təmir işləri aparılır.

 

            Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir.

 

            Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

            Qeyd edək ki, Xocəsən avtomobil yolunda aparılan cari təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

 

            Təmir-bərpa işlərinin bir neçə gün ərzində davam etdirilməsi planlaşdırılır. Bu üzdən sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyyə olunur.