Bu ilin əvvəlindən 93 min ədəd ağac və kol bitkisi əkilib - FOTO

10 May 2016- 00:00
11 Bu ilin əvvəlindən 93 min ədəd ağac və kol bitkisi əkilib -  FOTO

          Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar olaraq respublikanın avtomobil yollarının mühafizə zolaqlarına 30 min ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib

 

          Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair və meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”ların, eyni zamanda, “Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planı”nın icrasının təmin edilməsi istiqamətində “Azəravtoyol” ASC tərəfindən vacib addımlar atılır. 

 

          Ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi məqsədi ilə  Cəmiyyətin kollektivi tərəfindən respublikanın avtomobil yollarının mühafizə zolağında  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş yaşıllaşdırma aksiyası keçirilib. Aksiyaya yüzlərlə canlı qüvvə və onlarla maşın-mexanizm cəlb edilib.

 

          Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Gəncə-Qazax hissəsilərinin, Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə Dövlət sərhədi, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yollarının Salyan və Biləsuvar rayonlarının ərazisindən keçən hissələrinin mühafizə zolaqlarına 30 min ədəd ədəd eldar şamı, iydə, ağcaqayın, aksiya, sərv digər müxtəlif növ ağac əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb.  

 

          Cari ilin əvvəlindən bu günə qədər cəmiyyət tərəfindən respublikanın avtomobil yollarının mühafizə zolağında 93 min ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.

 

          Qeyd edək ki, əkilən ağaclar “Azəravtoyol” ASC-nin  tinglik sahələrində yetişdirilir.

 

          Avtomobil yollarının istismarında mühafizə və ayırıcı zolaqlarının yaşıllaşdırılması ilə onların külək və su eroziyasından, qar yığıntısından mühafizəsi, ətraf mühitin sağlamlaşdırılması və avtomobil yollarının estetik görünüşünün yaxşılaşdırılması təmin edilir, mənfi təbii, antropogen və texnogen hallardan mühafizə olunur.