“Azəravtoyol” ASC yaşıllaşdırma kampaniyalarını davam etdirir - FOTO

16 Mart 2016- 00:00
11 “Azəravtoyol” ASC yaşıllaşdırma kampaniyalarını davam etdirir - FOTO

          “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Yol Yaşıllaşdırma MMC-ləri tərəfindən cari ilin əvvəlindən indiyə qədər avtomobil yollarının mühafizə zolaqlarına 50 minə yaxın müxtəlif növ ağac və kol bitkisi əkilib və bu proses indi də davam etdirilir.

 

          Bu dəfə Bakı Dairəvi-1 avtomobil yolunun kənarına ağacların əkilməsinə başlanılıb və nəticədə 1000 ədəd eldar şamı əkilib. Ümumilikdə isə yol kənarına 2000 ədəd eldar şamının əkilməsi nəzərdə tutulub.

 

          M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun Qazax rayonu ərazisindən keçən hissəsinin kənarına da 1000 ədəd eldar şamı, iydə, ağcaqayın ağacları əkilib və əkilməkdədir.

 

          Qeyd edək ki, ətraf mühitin qorunması istiqamətində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaşıllaşdırma kampaniyası ölkə boyu uğurla davam etdirilir. Kampaniya çərçivəsində avtomobil yollarının kənarlarına müxtəlif növ ağaclar və kol bitkiləri əkilir.