Avtonəqliyyat vasitələrinin sıxlığı aradan qaldırılır - FOTO

9 Mart 2016- 00:00
11 Avtonəqliyyat vasitələrinin sıxlığı aradan qaldırılır - FOTO

          Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan Moskva prospektinin yan yoluna, daha dəqiqi “Şamaxinka” deyilən əraziyə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə daxil olmasını təmin etmək məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunun giriş hissəsində yerləşən torpaq təpəciyinin bir hissəsinin sökülməsi işləri aparılır.

 

          Hazırda avtonəqliyyat vasitələri kiçik manevr etməklə “Şamaxinka” deyilən əraziyə daxil ola bilirlər. Bu isə həmin hissədə nəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olur. Təpəcəyin bir hissəsinin götürülməsi ilə avtomobillər manevr etmədən düzünə həmin istiqamətdə rahat və maneəsiz şəkildə hərəkət edə biləcəklər.

 

          Qeyd edək ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istər paytaxt Bakıda, istərsə də regionlarda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə kompleks tədbirlər davam etdirilir.