Qorağan-Qax-Zaqatala avtomobil yolunun yenidən qurulmasına start verilib - VİDEOREPORTAJ

5 Mart 2016- 00:00
11 Qorağan-Qax-Zaqatala avtomobil yolunun yenidən qurulmasına start verilib - VİDEOREPORTAJ

         

          Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 5 noyabr 2015-ci ildə imzaladığı sərəncama əsasən, ilkin olaraq ayrılan 3 milyon manat vəsait hesabına “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Qorağan-Qax-Zaqatala avtomobil yolunun yenidənqurulması işlərinə başlanılıb.

 

          Hazırda ərazidə torpaq işləri görülür, yeni yol əsasınin tikintisi işləri aparılır.

 

          “Şəki-Qax-Zaqatala avtomobil yolunun Qorağan-Qax-Zaqatala hissəsinin bərpası” layihəsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 14 aprel 2009-cu il tarixli 80 saylı fərmanı əsasında həyata keçirilir.

 

          3-cü texniki dərəcəyə aid olan yolun ümumi uzunluğu 29,8 km., torpaq yatağının eni 12,0 m., hərəkət zolağının sayı 2 olmaqla hər bir zolağın eni 3,75 m., çiyinlərin eni 2,5 m., çiyində bərkidici zolağın eni 0,5 m-dir. Asfalt-beton örtüklü yolda hesabi sürət 80 km/saat nəzərdə tutulub.

 

          Layihə çərçivəsində 8 000 m3 bitki-torpaq qatının qazılıması, 550 000 m2 torpaq qazma işlərinin həyata keçirilməsi, 731 000 m3 karxana materiallarının daşınması və sərilərək kipləşdirilməsi işləri, 20 sm qalınlığında 320 000 m2 asfalt-beton qatının tikilməsi işləri aparılacaq.

 

          Bundan başqa 5 ədəd yeni körpünün tikintisi 1 ədəd mövcud körpünün əsaslı təmiri, dəmir-beton boru və drenaj işlərinin görülməsi, tikinti altına düşən kommunikasiyaların köçürülməsi, 24 ədəd avtobus dayanacağının tikintisi və müxtəlif işlərin icrası da nəzərdə tutulub.

 

          Layihə reallaşdırıldıqdan sonra Qax və Zaqatala rayonları arasında hazırda istifadə olunan 46 kilometrlik məsafə qısalaraq 36 kilometr olacaq.

 

            Xatırladaq ki, ötən il noyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak etmişdi.

 

   XƏBƏRƏ AİD FOTOLAR