Avtomobil yollarının kənarları yaşıllaşdırılır - FOTO

3 Mart 2016- 00:00
11 Avtomobil yollarının kənarları yaşıllaşdırılır - FOTO

          “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair qəbul edilmiş dövlət proqramlarının icrasının təmin edilməsi məqsədi ilə ağacəkmə kampaniyaları davam etdirlir.

 

          Bu dəfə yaşıllaşdırma aksiyası Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 350-351-ci və 360-363-cü kilometrlik hissələrinin, həmçinin  Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun mühafizə zolaqlarında həyata keçirilib.

 

         “Azəravtoyol” ASC-nin Yol Yaşıllaşdırma MMC-lərinin 50 nəfərdən artıq işçisinin və 5 ədəd maşın-mexanizmin cəlb edildiyi tədbirlər tədbirlər zamanı ərazilər kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib. Ümumilikdə sözügedən avtomobil yollarının kənarlarına 5 mindən artıq müxtəlif növ ağac əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb.

 

            Qeyd edək ki, hazırda avtomobil yollarının kənarlarının yaşıllaşdırılması istiqamətində tədbirlər Bakı şəhəri də daxil olmaqla ölkə boyu davam etdirilir.