Bu yolda təmir işləri aparılacaq

9 İyul 2021- 11:41
11 Bu yolda təmir işləri aparılacaq

Cari ilin İnvestisiya Proqramına uyğun olaraq 10-22 iyul tarixlərində Sabunçu rayonu Bakıxanov qəsəbəsi​ Bəşir Bünyadov küçəsində (Koroğlu metrosundan başlayaraq ​ “Fidan” şadlıq evi yaxınlığında “Bakıxanov” körpüsünə qədər olan hissəsində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar olaraq ​ avtonəqliyyat vasitələrinin hərəkəti  hissə-hissə məhdudlaşdırılacaq.

 

Məhdudlaşma təmir-bərpa işləri bitənədək qüvvədə olacaq.​

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.​

 

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.