Bu yolda təmir işləri aparılacaq

7 İyul 2021- 08:35
11 Bu yolda təmir işləri aparılacaq

7-12 iyul tarixlərində Bakı şəhəri Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən əsas hissəsində əks istiqamətli nəqliyyat axınlarını ayıran bardürün inşa olunması işləri aparılacaq.

 

Sürücülərdən sözügedən hissədə təmir-tikinti işlərinin aparıldığı müddət ərzində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının və yol hərəkəti qaydalarının tələblərinə riayət etmələri xahiş olunur.

 

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik...