Bu yolda təmir işləri aparılacaq

30 İyun 2021- 11:53
11 Bu yolda təmir işləri aparılacaq

30 iyun tarixindən etibarən, Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən əsas hissəsində əks istiqamətli nəqliyyat axınlarını ayıran bardürün inşa olunması işləri aparılacaqdır.

 

Sürücülərdən sözügedən hissədə təmir-tikinti işlərinin aparıldığı müddət ərzində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının və yol hərəkəti qaydalarının tələblərinə riayət etmələri xahiş olunur.

 

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik...