Bu küçələrdə təmir işləri aparılır

12 May 2021- 12:21
11 Bu küçələrdə təmir işləri aparılır

Məlumat verdiyimiz kimi Avtomobil Yolları Dövlət Agentliyi qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışır.

 

Bu çərçivədə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə təmir-tikinti işləri davam etdirilir.

Hazırda təmir işləri aparılan Yasamal rayonu Mikayıl Müşfiq küçəsində işlərin axşam saatlarınadək yekunlaşdırılması nəzərdə tutulur.

 

Sözügedən ərazi ilə yanaşı cari təmir işləri aparılan Yasamal rayonu Mətbuat prospektində isə təmir işləri 13 may tarixinədək davam edəcək.

 

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.