"VAZ dairəsi"ndən Ceyranbatan qəsəbəsi istiqamətində hərəkət hissə-hissə qismən məhdudlaşdırılır

11 Aprel 2021- 19:13
11

Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işləri davam etdirilir.

 

Bununla əlaqədar olaraq "VAZ dairəsi"ndən Ceyranbatan qəsəbəsi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

 

Məhdudlaşma tətbiq edilən ərazilərdə hərəkət əks istiqamətdə ikitərəfli olaraq təmin olunur.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və təmir-tikinti aparılan ərazilərdə quraşdırılan müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.

 

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.