Maraqların ifadə edilməsi üçün dəvət (Məsləhət xidmətləri üzrə şirkətlərin qısa siyahısının hazırlanması)

17 Mart 2021- 11:53
11 Maraqların ifadə edilməsi üçün dəvət (Məsləhət xidmətləri üzrə şirkətlərin qısa siyahısının hazırlanması)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Regional Yollar və İnkişaf Layihəsi (hazırlıq mərhələsi)

Kredit № - Layihə hazırlıq mərhələsindədir (P174379)

Maraqların ifadə edilməsi üçün dəvət

(Məsləhət xidmətləri üzrə şirkətlərin qısa siyahısının hazırlanması)

 

 

M3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin (mövcud yol oxu) yenidən qurulması üzrə tikinti işlərinin müqaviləsinə

Texniki Nəzarət üzrə Məsləhət Xidmətləri

Müqavilə № AZ-SRA-CS-QCBS-01

Azərbaycan Hökuməti Regional Yollar və İnkişaf Layihəsinin maliyyələşdirilməsi üçün Dünya Bankına müraciət etmişdir və vəsaitin bir hissəsini məsləhət xidmətləri üçün istifadə etmək niyyətindədir.

Məsləhət xidmətləri (xidmətlər) Yenikənd kəndi ilə Biləsuvar şəhəri arasındakı mövcud M3 yolunun bir hissəsini bərpa etmək üçün tikinti işlərinə nəzarətdən ibarətdir. Mövcud yol örtüyü çoxsaylı qüsurlar olmaqla ümumilikdə yararsız vəziyyətdədir və beş ədəd çay-kanal keçidinin dəyişdirilməsinə ehtiyac var. Altıncı, yeni körpünün də tikilməsi zəruridir. Azərbaycan Hökuməti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (agentlik) vasitəsilə yerli əlaqələndirməni yaxşılaşdırmaq üçün bu yol hissəsini bərpa etmək niyyətindədir. Yenilənmiş yol, SNIP 2.05.02-85 standartlarının II kateqoriyalı yol ölçülərinin tələblərinə tam cavab verəcək və daşqınlara qarşı dayanıqlılığı təmin etmək üçün ümumi yol səviyyəsini qaldıracaqdır. 2021-ci ilin son rübündə icrasına başlanılması gözlənilən tikinti işlərini yerinə yetirəcək podratçı şirkətin seçilməsi üçün satınalma prosesi başlamaq üzərədir. Agentlik hazırda tikinti işlərinin vaxtında başa çatdırılmasını, tikintinin yüksək keyfiyyətlə və təhlükəsiz şəkildə həyata keçirilməsini, FIDIC “Qırmızı Kitab” müqaviləsi üzrə ödənişlərin təsdiqlənməsini, yerli və Dünya Bankının ekoloji və sosial standartlarına uyğunluğu və əldə olunmuş biliklərin ötürülməsini təmin etmək üçün məsləhət xidmətlərinin göstərilməsini tələb edir. Əsas mütəxəssislərin işə sərf olunan vaxtının iki illik tikinti dövrü ərzində 323 adam-ay olması və sonra iki illik qüsurların aradan qaldırılması müddətinin olması gözlənilir.

Tapşırıqla bağlı müfəssəl texniki tapşırıq aşağıda göstərilən ünvandan əldə edilə bilər.

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müvafiq məsləhətçi şirkətləri (məsləhətçilər) qeyd olunan xidmətləri göstərməkdə maraqlı olduqlarını bildirməyə dəvət edir. Maraqlanan məsləhətçilər xidmətləri yerinə yetirmək üçün tələb olunan ixtisasa və müvafiq təcrübəyə malik olduqlarını göstərən məlumat təqdim etməlidirlər. Qısa siyahı üçün seçim meyarları aşağıdakılardır:

1. Şirkət profili (əsas fəaliyyət sahəsi, fəaliyyət göstərdiyi müddət, texniki və idarəetmə bacarıqları).

2. Yol infrastrukturu layihələrində ümumi təcrübə.

3. 2011-ci ildə və ya bundan sonra tamamlanan yol tikintisi və ya yenidənqurulması müqavilələrinə texniki nəzarət sahəsində oxşar təcrübə.

4. Regionda təcrübəyə (Qafqaz, Türkiyə, Orta Asiya) üstünlük verilir.

Qısa siyahıya seçim mərhələsində əsas mütəxəssislər qiymətləndirilməyəcəkdir.

Maraqlanan məsləhətçilər Dünya Bankının maraqların toqquşması siyasətini müəyyənləşdirən 2020-ci il noyabr tarixli “İLM (investisiya layihələri üzrə maliyyələşdirmə) borcalanları üçün satınalma təlimatları”nın (satınalma təlimatlarının) III bölməsinin 3.14, 3.16 və 3.17-ci bəndlərinə diqqət yetirməlidirlər.

Məsləhətçilər ixtisaslarını artırmaq üçün digər şirkətlərlə ortaq ola bilərlər, lakin assosiasiyanın birgə müəssisə və ya sub-məsləhətçi olub olmadığını dəqiq şəkildə göstərməlidirlər. Birgə müəssisə seçildiyi təqdirdə, birgə müəssisədəki bütün tərəfdaşlar bütün müqavilə üzrə birgə və ayrı-ayrılıqda məsuliyyət daşıyacaqlar.

Məsləhətçi şirkət Satınalma Təlimatında qeyd edilən vaxta əsaslanan müqavilələr üçün keyfiyyətə və qiymətə əsaslanan seçim (KQƏS) metoduna uyğun olaraq seçiləcəkdir.

Əlavə məlumatları iş saatlarında (yerli vaxtla saat 10:00-la 17:00 arasında) aşağıdakı ünvandan əldə etmək olar.

Maraq ifadələri 2021-ci il aprelin 16-dək yazılı şəkildə aşağıdakı ünvana (şəxsən, poçt, faks və ya elektron poçtla) çatdırılmalıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri cənab Saleh Məmmədovun diqqətinə

Ünvan -           Azərbaycan, Bakı AZ1117, Biləcəri qəsəbəsi, R. İsmayılov küçəsi, 2025-ci məhəllə

Ofis -              2 saylı Layihə İdarəetmə Qrupu, otaq № 224

Telefon -         (+994 12) 499 79 02

Faks -              (+994 12) 499 79 44

Elektron ünvan:   mehman.babaxanov@azeravtoyol.gov.az 

Surəti:                  saadat.aliyeva@azeravtoyol.gov.az

Veb ünvan:           www.aayda.gov.az