İri qaya parçası dağdan qoparaq yolun hərəkət hissəsinə düşüb

15 Mart 2021- 14:43
11 İri qaya parçası dağdan qoparaq yolun hərəkət hissəsinə düşüb

Bu gün gecə saatlarında Gəncə-Daşkəsən avtomobil yolunun 29-cu km-də iri qaya parçası dağdan qoparaq yolun hərəkət hissəsinə düşüb. Nəticədə yolun bir zolağı üzrə avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətində problem yaranıb.

 

Dərhal hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "31 nömrəli Yol İstismarı" MMC-nin texnikaları və canlı qüvvəsi cəlb edilib. İri qaya parçası qısa müddət ərzində xüsüsi texnika ilə (Rokson) dağıdılaraq ərazidən uzaqlaşdırılıb və sözügedən yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunub.