Bu yolda hərəkət qismən məhdudlaşdırılır

1 Mart 2021- 19:02
11 Bu yolda hərəkət qismən məhdudlaşdırılır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 2 mart tarixində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə və Xocahəsən dairələri arasında yerləşən hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.

Sürücülərdən təmir işləri saatlarında ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik...