Nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər

22 Fevral 2021- 13:52
11 Nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasıdır.

2020-ci il  ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 3100 yol nişanları, 465 məlumatverici göstərici lövhə, 9998 siqnal dirəkləri, 1220 ədəd üçbucaq tipli bayraq, 9 920  pm əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş 651,7  min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilmişdir.  

2020-ci ildə ilk dəfə olaraq, Bakı Nəqliyyat Agentliyinin sifarişi ilə Bakı şəhərində çatışmayan yol nişanlarından 3 162  ədədi quraşdırılmışdır.