Nəcəfqulu Rəfiyev küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır

4 Fevral 2021- 16:30
11 Nəcəfqulu Rəfiyev küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır

Fevral ayının 5-dən 6-na keçən gecədən etibarən 4 gün müddətində Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

 

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.