Azərbaycan-Türkiyə sənədləri imzalanıb  

10 Dekabr 2020- 20:48
11 Azərbaycan-Türkiyə sənədləri imzalanıb  

Dekabrın 10-da təkbətək görüş başa çatandan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə “BMC.AZ” şirkəti arasında Anlaşma Protokolunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və “BMC Otomativ Sənaye və Ticarət” şirkətinin İdarə Heyətinin üzvü Taha Öztürk imzaladılar.

 

x x x

Qeyd edək ki, dekabrın 10-da Bakıda keçirilən Qələbə paradı münasibətilə hazırlanan “Zəfər paradı” adlı poçt markası və “Birinci gün” zərfləri dövriyyəyə buraxılacaq.

 

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan zərfləri “Birinci gün” möhürü ilə möhürlədilər.