Gözün aydın, Vətən!

25 Noyabr 2020- 10:15
11 Gözün aydın, Vətən!

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov başda olmaqla, kollektivimiz adından qəlbi Vətən həsrəti ilə döyünən hər bir Kəlbəcərlini, yurd sevgisi ilə yaşayan, qələbəmizlə öyünən hər Azərbaycanlını təbrik edirik!

 

30 il səbirsizliklə gözlədiyimiz günləri ard-arda yaşadığımız, təzə sətirdən, böyük hərflərlə yazılan yeni tariximizin “Kəlbəcər” səhifəsini birlikdə yazmağımız münasibəti ilə gözün aydın, Vətən!

 

Xoş gördük, doğma Kəlbəcər!

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...