Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

10 Noyabr 2020- 10:42
11 Azərbaycan Respublikasının Prezidenti  Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, əzəli torpaqlarımızın mənfur düşməndən azad edilməsi, çoxdan gözlədiyimiz, haqqımız olan qələbə münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirik.

 

Möhtərəm Prezident, sevincimizin həddi-hüdudu  olmadığı bu günləri  rəşadətli ordumuzun  ard-arda gələn qələbə xəbərləri ilə fəxrlə, milli qürurla, bayram sevinci ilə qeyd edirik.

 

Sizin daxili və xarici siyasətiniz və Azərbaycan xalqının inamı, iradəsi sayəsində düşmən tapdağı altında əsir olan ərazilərimizin işğaldan azad olunması ilə əzəli yurd yerimiz olan, cənnət torpaqlarımız artıq bizimdir.  Sizin Ali Baş Komandanlığınız altında Azərbaycan Ordusunun yazdığı  şanlı tarixin şahidləri olaraq bu günləri qürur hissi ilə yaşayırıq.

 

Milyonlarla azərbaycanlının doğma yurd həsrətinə son qoyduğunuz, Azərbaycanın yeni tarixini şərəflə, qürurla yazdığınız üçün sizə minnətdarlığımızı bildirir bütün və bütöv Azərbaycan xalqını ürəkdən təbrik edirik. Bu həssas və çətin günlərdə öz doğmalarını itirən hər bir azərbaycanlıya səbr diləyir və  inanırıq ki, vətənin birliyi uğrunda canını fəda edən şəhidlərimizin ruhları artıq  şaddır.

 

Cənab Ali Baş Komandan!

 

Bütün dünyaya Qarabağın Azərbaycana aid olduğunu sübut etdiyiniz və bizə qələbə sevincini yaşatdığınıza görə bir daha Sizə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi adından dərin təşəkkürümüzü bildirir, Sizi və bütün həmvətənlərimizi təbrik edirik!