"SİZDƏN MƏKTUB VAR"- Qusar rayonu, Qayakənd kənd sakinləri adından

14 Oktyabr 2020- 10:00
11

Ölkəmizdə regionların sossial-iqtisadi inkişaf programı çərçivəsində həyata  keçirilən layihələr göz qabağındadır. Respublika prezidentinin diqqət və qayğısı nəticəsində həyata keçirilən bu işlər regionlarımızın həmçinin rayonumuzun simasını tanınmaz dərəcədə dəyişmişməkdədir.

 

Bütün bunlar müstəqil dövlətimizin getdikcə inkişaf etməsindən xəbər verir. Qayakənd kəndi rayon mərkəzinə ən yaxın kəndlərdən biri olmasına baxmayaraq, yolumuz yararsız vəziyyətdə idi. Rayon mərkəzindən kəndimizə gələn yolun vəziyyəti kəndliləri həmişə narahat edirdi. İlin bütün fəsillərində yolda hər zaman böyük çətinliklərlə üzləşirdik. Yol problemimiz artıq həll olunmaq üzrədir. Əlbətdə bütün bu işlərin görülməsində sizin zəhmətiniz danılmazdır. Bütün kənd ağsaqqalları adından sizə təşəkkür edirik.

 

 

Hörmətlə,

Qusar rayonu, Qayakənd ağsaqqalları adından

 

 

YOLUMUZ QARABAĞADIR!