"SİZDƏN MƏKTUB VAR"- Göygöl rayonu, kənd sakinləri adından

17 Sentyabr 2020- 09:21
11

Göygöl rayonunun Aşıqlı, Köşkü və Üçbulaq kənd sakinləri bu üç kəndi birləşdirən avtomobil yolunun asfaltlanması işinin yüksək səviyyədə başa çatdırıldığı üçün bütün əhali adından sizə və cənab Prezidentə öz dərin minnətdarlığımızı bildiririk.

 

Bütün əhali yolun çəkilməsini böyük sevinclə qarşıladı. Yolun narahatlığı bizim gediş-gəlişimizi çətinləşdirirdi. Maşınlar tez-tez sıradan çıxırdı. Yağış və sel suları olan zaman vəziyyət daha da çətin olurdu. Kəndlərimiz meşə zolağında yerləşdiyindən asfalt yolun çəkilməsi bura turist axınını daha da artıracaq. Bizim yaşayış səviyyəsinin də yüksəlməsinə səbəb olacaqdır. Bir daha çox sağ olun!

 

Hörmətlə ,

Göygöl rayonu, kənd sakinləri

 

YOLUNUZ AÇIQ OLSUN..