“SİZDƏN MƏKTUB VAR” - Quba rayonu, Ördüc kənd sakinləri adından

15 Sentyabr 2020- 09:35
11 “SİZDƏN MƏKTUB VAR” - Quba rayonu, Ördüc kənd sakinləri adından

Yaxşı bilirik ki, cənab prezidentimiz İlham Əliyevin tapşırıq, sərəncam və göstərişlərinin məsuliyyətlə yerinə yetirilməsində, Azərbaycanda yol infrastrukturunun müasir tələblərə uyğun yaradılmasında, ölkə vətəndaşlarının həyatına rahatlıq gətirilməsində sizin agentliyin böyük xidmətləri vardır.. 

 

 

Belə ki, çoxdan arzusunda olduğumuz Qonaqkənd-Ördüc yolu artıq Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək, təmir edilir. Bu yolun təmir edilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur.  İllərdir palçıq yoldan istifadə edərək əziyyət görən biz  kənd sakinləri başlatdığınız bu xeyirxah işə görə sizə öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

 

Hörmətlə ,

Quba rayonu, Ördüc kənd sakinləri

 

YOLUNUZ AÇIQ OLSUN..