“SİZDƏN MƏKTUB VAR”- Goranboy rayonu, Xanqərvənd, Əlirzalı kənd sakinləri

10 Sentyabr 2020- 13:02
11 “SİZDƏN MƏKTUB VAR”- Goranboy rayonu, Xanqərvənd, Əlirzalı kənd sakinləri

Uzun illərdir sakinlərimiz yolun bərbad olmasından əziyyət çəkirdilər. İstehsal etdiyimiz məhsulları kənara apara bilmir, əlavə çətinliklə üzləşirdik.

 

Bu il möhtərəm prezidentimizin sərəncamına əsasən sizin kollektivin zəhməti sayəsində Əlirzalı-Xanqərvənd avtomobil yolu istifadəyə verilmişdir. Buna görə də bütün kənd sakinləri adından sizə dərin ehtiramımızı və təşəkkürümüzü bildiririk. Azərbaycanın hansı ərazisindən keçməyimizdən asılı olmayaraq hər bir yolda səliqə -səhman yaradılır. Sizin işçilər hər zaman iş başında görünür. Sizə minnətdarıq.

 

Hörmətlə ,

Goranboy rayonu, Xanqərvənd , Əlirzalı kənd sakinləri. 

 

YOLUNUZ AÇIQ OLSUN..