“SİZDƏN MƏKTUB VAR” - Ravid Davudov, Qusar

4 Sentyabr 2020- 13:41
11 “SİZDƏN MƏKTUB VAR” - Ravid Davudov, Qusar

Ölkəmizdə regionları sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr göz qabağındadır və Azərbaycan vətəndaşlarının rifahına öz töhfəsini verir. Respublika prezidentinin diqqət və qayğısı nəticəsində görülən işlər regionlarımızın o cümlədən kəndimizin simasını tanınmaz dərəcədə dəyişməkdədir. Bütün bunlar müstəqil dövlətimizin getdikcə inkişafından xəbər verir.

 

Rayon mərkəzindən kəndimizə gələn yolun vəziyyəti həmişə biz sakinləri narahat edirdi. İlin bütün fəsillərində yolda hərəkət zamanı çətinliklərlə üzləşirdik. Yol problemimiz artıq həll olunmaq üzrədir. Əlbətdə bütün bu işlərin görülməsində sizin zəhmətiniz danılmazdır. Yolun çəkilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçiləri tərəfindən həyata keçirilir. Kəndin məktəb kollektivi adından bu xeyirxah işinizdə sizə uğurlar arzulayır və bu işdə əməyi olan bütün əməkdaşlarınıza təşəkkürümüzü bildiririk.

 

Hörmətlə ,
Davudov Ravid Babək oğlu.
Qusar rayon, Əcəxur kənd məktəbi kollektivi adından.

 

YOLUNUZ AÇIQ OLSUN...