Prospektin köməkçi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

17 İyul 2020- 16:59
11 Prospektin köməkçi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar olaraq 18-19 iyul tarixlərində Ziya Bünyadov prospektinin “Karl Marks dairəsi” kimi tanınan ərazisinin köməkçi yolunun bir hissəsində “Xutor dairəsi” istiqamətində hərəkət müvəqqəti məhdudlaşdıırılacaq.

Alternativ olaraq sürücülər Ziya Bünyadov prospektinin əsas yolundan, həmçinin həmçinin Azadlıq prospekti, Cəfər Xəndan, Eldar babayev, 22-ci Dağlıq və Hüseyin Seyidzadə küçələrindən istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.