Ramazan bayramınız mübarək!

23 May 2020- 00:01
11 Ramazan bayramınız mübarək!

Əziz həmvətənlər!

 

Mübarək Ramazan bayramı münasibətilə sizi və bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edirik, hər birinizə ən səmimi arzu və diləklərimizi çatdırırıq.

 

Ramazan ayı bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu, düşüncəsini saflaşdıran əziz bir aydır.

 

Azərbaycanda Ramazan bayramı hər il dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunur. Bu günlər cəmiyyətimiz əsl bayram sevinci ilə yaşayır.Mərhəmət, şəfqət və bərabərlik rəmzi olan Ramazan ayında inanclı vətəndaşlarımızın tutduğu orucun, etdiyi dua və niyyətlərin qəbul olunmasını diləyirik və hər birinizin bayramını təbrik edirik.

 

 Allah orucunuzu qəbul etsin!