Bu yollarda xətlənmə işləri aparılacaq

15 May 2020- 15:03
11 Bu yollarda xətlənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 16-26 may  tarixləri arasında Zağulba prospekti, Mərdəkan şossesi və  Heydər Əliyev prospektində  üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. 

 

Bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.