DİQQƏT!! 20 Yanvar dairəsinə giriş məhdudlaşdırılır

30 Aprel 2020- 10:31
11 DİQQƏT!! 20 Yanvar dairəsinə giriş məhdudlaşdırılır

Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 30 aprel və 1 may tarixlərində Moskva prospektindən 20 Yanvar dairəsinə şəhərdən çıxış istiqamətinə doğru hərəkət məhdudlaşdırılır.

 

Alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan, həmçinin Moskva pr-ti – Cavadxan küç. – 3-cü mkrn.dairəsi və ya Tbilisi pr-ti – Ədbdulvahab Salamzadə  – Ceyhun Səlimov küçələri – 3 mkrn.dairəsi istiqamətlərindən istifadə edərək Asif Məhərrəmov və Rövşən Cəfərov küçələri ilə Moskva pr-nin köməkçi yoluna çıxa bilərlər.

 

Qeyd edək ki, 2 və 3 may tarixlərində isə Moskva prospektindən 20 Yanvar dairəsinə şəhər istiqamətində hərəkət məhdudlaşdırılacaq.

 

Alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan və Bakı Dairəvi-1 avtomobil yolundan, həmçinin Alatava – Dadaş Bünyadzadə , Alatava – Müzəffər Həsənov küçələri istiqamətindən istər 20 Yanvar dairəsinə, istərsə də şəhərin digər istiqamətlərinə çıxa bilərlər.

 

Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik.