Qəza nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib

29 Mart 2020- 16:29
11 Qəza nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib

“Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına ziyan dəyib.

 

Belə ki, 4 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu avtomobil tunelində idarəetmədən çıxaraq yol ayrıcına çırpılıb. Nəticədə yol ayrıcında quraşdırılmnış yol nişanı, elektron tablo və divar üzlükləri sıradan çıxıb.

 

Hazırda qəzanın fəsadları əraziyə cəlb olunmuş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən aradan qaldırılır.

 

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.