Yevlax, Ucar və Zərdab rayonlarından olan vətəndaşların qəbulu təxirə salınıb

16 Mart 2020- 11:18
11 Yevlax, Ucar və Zərdab rayonlarından olan vətəndaşların qəbulu təxirə salınıb

Koronavirus infeksiyasının (COVİD-19) qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı açıqlanan  qaydalara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun mart ayının 17-də Yevlax rayonunda (Yevlax və Ucar sakinləri üçün), İdarə Heyəti sədrinin müavini Hüsnü Quliyevin isə Zərdab rayonunda planlaşdırılan vətəndaşların qəbulu qeyri-müəyyən vaxtadək təxirə salınıb.