Yevlax, Ucar və Zərdab rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

11 Mart 2020- 11:48
11 Yevlax, Ucar və Zərdab rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mart ayının 17-də Yevlax rayonunda (Yevlax və Ucar sakinləri üçün), İdarə Heyəti sədrinin müavini Hüsnü Quliyev isə Zərdab rayonunda vətəndaşları qəbul edəcəklər.

 

Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun qəbulu saat 10:00-da Yevlax şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında keçiriləcək. Qəbulda Yevlax və Ucar rayonlarının sakinləri iştirak edə bilərlər.

 

Agentliyin İdarə Heyəti sədrinin müavini Hüsnü Quliyev isə saat 10:00-da Zərdab şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız Zərdab rayonunun sakinləri iştirak edə bilərlər.

 

Hər iki qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbula yazılmaq istəyənlər müvafiq rayonların Yol İstismarı MMC-lərində əvvəlcədən qeydiyyatdan keçə bilərlər.

 

Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.