28 MAY KÜÇƏSİNDƏ HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ - SXEM

6 Mart 2020- 14:42
11 28 MAY KÜÇƏSİNDƏ HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ - SXEM

Nəsimi rayonu 28 May küçəsində mövcud dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə məhdudlaşdırılacaq.

 

Məhdudlaşma mart ayının 7-dən 8-nə keçən gecədən etibarən ayın 9-u axşam saatlarına qədər tətbiq olunacaq.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

 

Bununla əlaqədar yarana biləcək müvəqqəti narahatlığa görə agentlik vətəndaşlardan üzr istəyir.